Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.09.2023 16:02
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları “Science Camp” Tələbə elmi düşərgəsində iştirak ediblər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları “Science Camp” Tələbə elmi düşərgəsində iştirak ediblər

Elm  Təhsil Nazirliyinin dəstəyi ilə “Bir Könüllü” Tələbələrin İctimai Birliyinin “Elm və İnnovasiya” proqramı çərçivəsində “Science Camp” tələbə elmi düşərgəsi təşkil olunub.

Düşərgə Zuğulba tədris idman kompleksində baş tutub. Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında elmi inkişafı dəstəkləmək, tədqiqatçılar ilə tələbələr arasında əlaqələrin qurulmasına dəstək olmaq, həmçinin müasir dövrdə elm sahəsindəki problemlər və həll yollarını tələbələrə göstərmək olub.

Düşərgənin ilk günü “Elm nədir? Tədqiqat necə aparılır? Elmi işlər və yazılar necə hazırlanır?” mövzusu ilə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Ağayeva çıxış edib. Tədbirdə, həmçinin MBBİ-nin aparıcı elmi işçisi, dosent Ulduzə Qurbanovanın iştirakı ilə “Karyera harda başlayır” mövzusu üzrə mentor görüş keçirilib. Tələbə elmi düşərgəsində gənclər elmin fizika, kimya və biologiya sahələrini əhatə edən seminar və təlimlərdə iştirak edib, asudə vaxtlarını əyləncləri proqramlar və komanda işinə hazırlaşmaqla dəyərləndiriblər. Sonda bağlanış mərasimi keçirilib və gənclərə sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: