Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.09.2023 17:34
  • A-
  • A
  • A+

Şəhid ailə üzvləri MEK-də olub

Şəhid ailə üzvləri MEK-də olub

İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Səyavuş Kəlbalıyevin ailə üzvləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar.

Fondla tanışlıq zamanı qonaqlara burada mühafizə edilən sənədlər, qəhrəman şəhidlərimiz haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar, fotoşəkillər, eləcə də hər bir guşə haqqında ayrıca məlumat verilib. MEK adından şəhidin övladına dəyərli kitab təqdim edilib.

Onu da xatırladaq ki, fondun əməkdaşları tərəfindən I və II Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri qəhrəmanlarının ailələri ilə mütəmadi əlaqə yaradılır, görüşlər təşkil edilir, onlar haqqında yazılmış kitablar, məlumatlar, video materiallar, fotoşəkillər sistemli şəkildə toplanılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: