AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron informasiya şöbəsinin müdiri Alidə Zeynalova “Digital transformation in the era of the Fourth Industrial Revolution and its impact on various spheres of human activity” (Dördüncü Sənaye Inqilabi dövründə rəqəmsal transformasiya və onun insan fəaliyyətinin müxtəlif sahələrinə təsiri) adlı mövzu ilə Umteb - XIV International Scientific Research Congress (Naples, Italy) beynəlxalq elmi konfransda onlayn çıxış edib.
Məqalə Dördüncü Sənaye İnqilabı dövründə rəqəmsal transformasiyanın cəmiyyətin müxtəlif sahələrinə təsirinin öyrənilməsinə və təhlilinə həsr edilib.
Alidə Zeynalova iki beynəlxalq elmi sertifikatla təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.