Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində neft sənayesinin inkişaf tarixini əks etdirən eksponatlar nümayiş olunur
20.09.2023 15:53
  • A-
  • A
  • A+

Tarix Muzeyində neft sənayesinin inkişaf tarixini əks etdirən eksponatlar nümayiş olunur

20 sentyabr Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər günü”dür.

1994-cü il 20 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azər-Çıraq-Günəşli” yataqlar blokunun birgə işləməsi və hasil olunan neftin pay şəkildə bölüşdürülməsi haqqında 8 ölkənin 13 məşhur neft şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işbirliyini rəsmiləşdirən müqavilə imzalanıb. 4 dildə hazırlanmış sözügedən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Bu tarixi sazişin imzalanması Azərbaycanı ölkə iqtisadiyyatında müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi və çoxmilyardlı investisiyaların qoyuluşu üçün etibarlı tərəfdaş kimi təsdiq edib. “Əsrin müqaviləsi”ni həyata keçirən rəhbər komitənin ilk iclası isə 24 yanvar 1995-ci il tarixində Azərbaycan Tarixi Muzeyinin “Şərq” zalında keçirilib.

Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin yeni qurulan ekspozisiyasının Azərbaycanın neft sənayesinin inkişaf tarixini əks etdirən zalında eksponatlar nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: