Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.09.2023 12:18
  • A-
  • A
  • A+

Şərqşünas alimin Qarabağda antiterror tədbirləri haqqında məqaləsi ərəb dünyasında böyük maraq doğurub

Şərqşünas alimin Qarabağda antiterror tədbirləri haqqında məqaləsi ərəb dünyasında böyük maraq doğurub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin Misirdə “Beynəlxalq İnformasiya Şəbəkəsi” internet portalında ərəb dilində dərc edilən “Azərbaycan Qarabağda qeyri-qanuni erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərini uğurla həyata keçirdi” başlıqlı məqaləsi ərəb dünyasında böyük maraqla qarşılanıb.

Məqalə İraq, Misir, İordaniya, Mərakeş və sairə ərəb ölkələrinin mediasında oxuculara çatdırılıb. Bunlardan, körfəz ərəb ölkələri üzrə ixtisaslaşmış Cidar gündəlik qəzetini, İraq xəbər agentliyini, bu ölkənin blov-nyuz, vuraka-nyuz saytlarını, İordaniyanın Neyruz informasiya portalını, Misirin hobsbuz-nyuz, culture-nyuz” saytlarını və digərlərini qeyd etmək olar.

Məqalədə Ermənistanın 2020-ci il noyabrın 10-da bağlanmış üçtərəfli bəyanata zidd olaraq nümayiş etdirdiyi qeyri-adekvat addımlardan, Azərbaycan torpağı Qarabağda qalmış separatçı qüvvələrin və silahlı hərbi birləşmələrin törətdiyi təxribatlardan bəhs olunur.

Həmçinin Azərbaycan dövlətinin beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq, ölkədə təhlükəsizliyi təmin etmək, ölkənin süverenliyini və konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli məhdud antiterror tədbirlərini həyata keçirməyə məcbur qaldığı və təxminən 24 saat davam edən antiterror tədbirlərinin uğurla başa çatdığı, silahlı erməni hərbi birləşmələrinin təslim olduğu və Bakının irəli sürdüyü bütün tələblərlə razılaşdıqları işıqlandırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: