Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2023 14:35
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib

27 Sentyabr - Anım Günü münasibətilə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib, I və II Qarabağ Müharibəsi şəhidlərinin və son dövrlərdə aparılan antiterror əməliyyatları zamanı həlak olan Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların ruhuna dualar oxunub və məzarlarının üzərinə tər çiçəklər düzülüb. İnstitutun baş direktoru, akademik İradə Hüseynova və əməkdaşlar şəhidlərin yaxınlarına baş sağlığı verərək onlara Allahdan səbr diləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: