Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2023 17:09
  • A-
  • A
  • A+

Fizika İnstitutu ilə Macarıstanın “VIBROCOMP” şirkəti arasında memorandum imzalanıb

Fizika İnstitutu ilə Macarıstanın “VIBROCOMP” şirkəti arasında memorandum imzalanıb

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu ilə Macarıstanın “VIBROCOMP” beynəlxalq şirkəti arasında anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimindən öncə institutun baş direktoru, akademik Arif Həşimov qonaqlara elmi müəssisənin tarixi, fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, beynəlxalq əlaqələri və s. haqqında məlumat verib.

Daha sonra “VIBROCOMP”un icraçı direktor Pal Zoltan Bite şirkət haqqında danışıb. Bildirib ki, “VIBROCOMP” 40 ildir ki, ətraf mühitin qorunması üçün müxtəlif tədbirlər görür, şirkət tərəfindən layihələndirmə işləri aparılır, ağıllı şəhərciklər salınır, müvafiq standartalara cavab verən sistemlər quraşdırılır. O, şirkətin təkcə Macarıstanda deyil, Rumıniya, Fransa və başqa Avropa, eləcə də Orta Asiya və Birləşmiş Ərəb Əmirliyi ölkələrində də fəalliyət göstərdiyini qeyd edib. Pal Zoltan Azərbaycanın bir neçə şəhərlərində, həmçinin Qarabağda  şəhərsalma işlərində iştirak etməyi nəzərdə tutduqlarını qeyd edib.

Sonda AR ETN Fizika İnstitutu ilə Macarıstanın “VIBROCOMP” beynəlxalq şirkəti arasında anlaşma memorandumu imzalanıb. Memorandum sıx beynəlxalq əlaqələrin qurulması, kommersiya və elmi tədqiqatlar sahəsində qarşılıqlı əldə edilən nəticələrin tanınması məqsədi daşıyır. Sənəddə elmi proqramların mübadiləsi üçün mühitin yaradılması, fundamental və tətbiqi elmin kommersiyalaşdırılması üçün araşdırma proqramları üzrə əməkdaşlıq, birgə araşdırma və inkişaf mərkəzi, həmçinin mükəmməllik mərkəzinin  yaradılması və s. fəaliyyətlər nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: