Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çində dərmanları bədənə çatdırmaq üçün xüsusi plaster hazırlanıb
02.10.2023 10:02
  • A-
  • A
  • A+

Çində dərmanları bədənə çatdırmaq üçün xüsusi plaster hazırlanıb

Çin alimləri iynə və ya tabletlər olmadan aktiv dərman komponentlərini bədənə çatdıra bilən cihaz hazırlayıblar.

Yanağın daxildən xüsusi plaster yapışdırılmaqla dərmanın orqanizmə təsir imkanı yaradılır.

Plasterin ölçüsü 1,1 ilə 0,6 santimetr arasında dəyişir. Dərmana təsirli şəkildə nüfuz etmək üçün cihazın səthə yapışma xüsusiyyəti olmalı idi. Osminoqlara məxsus soruculara bənzər olaraq alimlər eyni formalı cihaz yaradıblar.

Tədqiqatçılar könüllülərlə təcrübə aparıblar. 24-63 yaş arası 40 sağlam iştirakçı yanağın daxili səthinə dərmansız plasterlər yapışdırıblar. 40 iştirakçıdan yalnız biri sorucudan narahat olduğunu bildirib.

Bundan əlavə, plasterin ağız boşluğunda hər hansı mənfi təsiri müşahidə edilməyib.

aztibb.az

  • Paylaş: