Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri elan olunub
02.10.2023 14:45
  • A-
  • A
  • A+

Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri elan olunub

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

Bu barədə Stokholm Karolin İnstitutunun Nobel Komitəsindən bildirilib.

Məlumata görə, macarıstanlı Katalin Kariko və amerikalı Dryu Vaysman bu mükafata layiq görülüblər.

Qeyd edək ki, alimlər mükafatı “COVID-19-a qarşı effektiv mRNT peyvəndi hazırlamağa imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” alıblar.

nobelprize.org

  • Paylaş: