AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov və AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev dəvətlə “Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası” şurasının 36-cı iclasında iştirak ediblər.
Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş 3 günlük tədbirdə “Elmi tədqiqatların əsas istiqamətləri”, “Atom enerjisi və enerji təhlükəsizliyi”, “Kosmik tədqiqatlar sahəsində akademiyalararası əlaqələrin möhkəmləndirilməsi” və s. mövzularda məruzələr dinlənilib.
“Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası Şurasının 30 illiyi: elmi fəaliyyət üfüqlərinin genişləndirilməsi” mövzusu üzrə çıxışlarda AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin nitqi və təklifləri maraqla dinlənilib.
Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının tərkibində səmərəli fəaliyyətinə görə akademik Fəxrəddin Qədirov bu qurumun böyük medalı ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.