Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.10.2023 15:43
  • A-
  • A
  • A+

Kimyaçı alim Horizon Avropa düşərgəsində iştirak edib

Kimyaçı alim Horizon Avropa düşərgəsində iştirak edib

Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Bakıda “Horizon Avropa” həftəsi keçirilib.

AK-nın Avstriyadan olan eksperti Qorazd Veis (Gorazd Weiss) və italiyalı ekspert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən tədbirin ilk günündə Horizon Avropa Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri üçün 1 günlük təlim keçirilib.

Proqram çərçivəsində növbəti günlərdə bir sıra nazirlik, elmi-tədqiqat institutları və ali təhsil müəssisələrini təmsil edən alim və mütəxəssislərin qatıldığı “Horizon Avropa təklif yazma düşərgəsində” Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev də iştirak edib. İki gün müddətində davam edən təlimlərdə iştirakçılara Avropa Komissiyasının elan etdiyi qrant layihələri və ona müraciət prosedurları barəsində məruzələr oxunub. Daha sonra komandaqurma, layihələrin birgə hazırlanması və idarə edilməsinə, büdcə hesabatlılığına dair praktiki təlimlər baş tutub və iştirakçılar tərəfindən komanda şəklində şərti layihələr hazırlanıb. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Düşərgənin bağlanış mərasimində çıxış edən Elmir Babayev beynəlxalq layihələrə müraciət və dünya elminə inteqrasiya üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Elmir Babayev çıxışında təlimdə mənimsənilmiş məlumatların, xüsusilə gənc tədqiqatçıların gələcək elmi fəaliyyətinə önəmli olacaq təsirindən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: