Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.10.2023 10:12
  • A-
  • A
  • A+

Dilçi alimlər beynəlxalq konfransda iştirak ediblər

Dilçi alimlər beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları institutun icraçı direktoru, fil.ü.f.d. dosent Baba Məhərrəmli, Türk dilləri şöbəsinin baş elmi işçisi, fil.e.d. Şəbnəm Həsənli-Qəribova, fil.ü.f.d, dosent Sevinc Məmmədova Türkiyənin Sakarya şəhərində keçirilən “XV. Dünya dili türkcə”  beynəlxalq simpoziumunda iştirak ediblər.

Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş simpoziumda 16 ölkədən 350-dən artıq türkoloq iştirak edib.

Tədbirdə fil.ü.f.d, dosent Baba Məhərrəmli “Türk dillərində etimologiya problemləri”, fil.e.d. Şəbnəm Həsənli-Qəribova “Qumuq türkcəsinin etnoqrafik leksikası”, fil.ü.f.d, dosent Sevinc Məmmədova “Media mətnlərində başlıqların özəllikləri” adlı məruzələrlə çıxış ediblər.

Müxtəlif mövzulara həsr olunmuş məruzələr simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında diskussiyalar aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: