Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.11.2023 20:15
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli AZƏRTAC-ın hazırladığı “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filmin təqdimatında iştirak edib

Akademik İsa Həbibbəyli AZƏRTAC-ın hazırladığı “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filmin təqdimatında iştirak edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ayrıca stendlə təmsil olunur.

Stenddə AZƏRTAC tərəfindən hazırlanan “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filmi də nümayiş olunur.

Sənədli filmdə dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.

Ziyarətçilərə məlumat verilib ki, filmin hazırlanması üçün Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb.

Ekran əsərinin baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucovdur.

Təqdimatda mədəniyyət naziri Adil Kərimli, Ombudsman Səbinə Əliyeva, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, Türkiyə Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyanın (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Xalq şairi Sabir Rüstəmxanlı, deputatlar və başqaları iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva qeyd edib ki, AZƏRTAC Azərbaycanın bir nömrəli media agentliyidir və agentliyin işində hər şey çox müsbət yöndə dəyişib.

Filmlə bağlı fikirlərini bölüşən mədəniyyət naziri Adil Kərimli AZƏRTAC-ın fəaliyyətindən də danışıb. Nazir bildirib ki, AZƏRTAC ölkənin yeganə dövlət informasiya agentliyi kimi operativ işləyir və doğru, qərəzsiz xəbərlər çatdırır.

AMEA prezidenti, akademik İsa Həbibbəyli Akademiya ilə AZƏRTAC-ın yaxşı tərəfdaşlıq münasibətlərinin olduğunu söyləyib. Akademik İsa Həbibbəyli AZƏRTAC-ın AMEA-nın gördüyü işləri həmişə diqqətdə saxladığını bildirib.

Qonaqlara AZƏRTAC-ın xatirə hədiyyələri təqdim edilib.

AzərTac

  • Paylaş: