Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı CBC televiziyasının qonağı olub
01.12.2023 17:00
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı CBC televiziyasının qonağı olub

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyanın müdiri, professor Ramin Rzayev CBC televiziyasında “Günün iqtisadiyyatı” verilişinin qonağı olub.

Verilişdə “Süni intellekt: mövcud vəziyyəti və gələcək inkişafı” mövzusu müzakirə olunub.

Müzakirələrdə Süni intellekt alətləri və metodlarının biznesdə və qlobal iqtisadiyyatda rolundan bəhs edilib. Rəqəmsal iqtisadiyyatın yaxın gələcəyin iqtisadiyyatının sürətləndirilməsində ilk addım olduğu qeyd olunub. R.Rzayev bildirib ki, dövlət iqtisadiyyatının rəqəmsallaşdırılması yüksək sürətli ötürmə üçün dayanaqlı və təhlükəsiz informasiya və telekommunikasiya infrastrukturunun yaradılması, habelə bütün təşkilatl və ev təsərrüfatları üçün böyük həcmdə məlumatların saxlanması və emal edilməsi, dövlət və bələdiyyə orqanları tərəfindən qabaqcıl proqram təminatının istifadəsi deməkdir. Qeyd edib ki, istehlakçılar və müəssisələrin rəqəmsal iqtisadiyyatdan maksimum fayda əldə etməsində əsas faktor süni intellekt olacaq.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: