Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.12.2023 16:52
  • A-
  • A
  • A+

Zəngilan rayonunun Ağalı kəndində yaşıllaşdırma işi həyata keçirilib

Zəngilan rayonunun Ağalı kəndində yaşıllaşdırma işi həyata keçirilib

AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası həyata keçirilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Zəngilan rayonu Ağalı kəndi ərazisində bitki örtüyünün taksonomik tərkibinin təhlili, bitki növlərinin introduksiyası, genofondun bərpası istiqamətində tədqiqatların aparılması, biomüxtəlifliyin genişləndirilməsi və davamlı istifadəsinin həyata keçirilməsi məqsədilə Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilən dekorativ ağac və kol bitki kolleksiyasından istifadə edilib. Zəngilan rayonu Ağalı kəndi ərazisinə birbaşa Olea europaea L. (Avropa zeytunu) - 40, Chrysanthemum L.(Payız gülü) - 110, Dimorphotheca  aurantiaca L.-(Dimorfateka) - 55, Ligustrum ovalifolium Thunb. (Yumru birgöz) - 4, Aqava  americana L. (Amerika aqavası) - 9, Cupressus sempervirens pyramidalis L. (Piramidal sərv) - 80, Thuya pyramidalis L.(Piramidal tuya) - 25, Rosa L- (Qızılgül) - 60, Platanus orientalis L. (Xan çinar) - 10, Rosmarinus officinalis (Rozmarin) - 30,  Kentucky bluegrass (Qazon) - 200 kv aparılaraq, orta məktəb və ətraf ərazilərin yaşıllaşdırılması işi həyata keçirilib.

Qeyd edək ki, Dendrologiya İnstitutunun işçi qrupu tərəfindən Zəngilan rayonuna ekspedisiya təşkil edilib. Tədqiqat ərazisində monitorinq keçirilərək bitki növlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müşahidələr aparılaraq, istifadə edilən dendrofloranın taksonomik tərkibinin kompleks tədqiq edilməsi davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: