Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin vəfatından 82 il ötür
05.12.2023 15:53
  • A-
  • A
  • A+

Hüseyn Cavidin vəfatından 82 il ötür

Ölüm var ki, həyat qədər dəyərli

                                     (Hüseyn Cavid)

5 dekabr 1941-ci il Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xətti, əfəndiliyi ilə iz buraxmış Hüseyn Cavidin Vətəndən uzaqda - İrkutsk vilayətinin Tayşet rayonunda 59 yaşında vəfat etdiyi tarixdir.

Bu gün ədibin ev muzeyində böyük mütəfəkkirin vəfatının ildönümü rəhmət və hörmətlə anılıb. Bu münasibətlə Hüseyn Cavidin Ev Muzeyində böyük sənətkarın anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ədibin keşməkeşli həyat yolundan bəhs edərək bildirdi ki, Cavid xoşbəxt şairdir. O illərdir aramızda yoxdur, ancaq onun yaradıcılığı dünya dillərinə tərcümə olunur. Cavidi indi dünya oxuyur, tanıyır. G.Babaxanlı çıxışında onu da qeyd edib ki, “nakəslərin” şairin vətəndən didərgin saldığı vücudunu doğma elinə-obasına elə həmin vətənin böyüdüb boya-başa çatdırdığı Ulu Öndər geri qaytardı. Cavid bir əbədiyyətdir.

Tədbirdə, həmçinin muzeyin əməkdaşları və qonaqlar da çıxış edərək Hüseyn Cavidin Ev Muzeyində dahi şairin əsərlərinin nəşri, tədqiqi və təbliği sahəsində görülən işlərdən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: