Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dərbənd: XVIII-XIX əsrin əvvəllərində” adlı kitab çapdan çıxıb
11.12.2023 12:15
  • A-
  • A
  • A+

“Dərbənd: XVIII-XIX əsrin əvvəllərində” adlı kitab çapdan çıxıb

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin Dərbənd: XVIII-XIX əsrin əvvəllərində adlı kitabı nəşr olunub.

Kitabda arxiv sənədləri və tarixi mənbələr əsasında qədim Azərbaycan şəhəri Dərbəndin XVIII-XIX əsrin əvvəllərində sosial-iqtisadi vəziyyəti, ictimai-siyasi tarixi araşdırılır.

Əsərdə XVIII əsrin əvvəllərinədək şahın təyin etdiyi hakimin sultanlıq kimi idarə etdiyi Dərbəndin 1722-1735-ci illərdə çar Rusiyası tərəfindən işğalı dövründəki vəziyyəti, 1747-1759-cu və 1796-1803-cü illərdə mövcud olmuş Dərbənd xanlığının, habelə Dərbəndin Quba xanlığının tərkibindəki dövrdə (1759-1796, 1803-1806) vəziyyəti işıqlandırılır.

Kitabdan tarixçi alimlər, ali məktəb tələbələri və tarixlə maraqlananlar faydalana bilərlər.

Kitab institutun elektron nəşrlərinə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: