Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin “Haydar Aliyev ve Türk Dünyası” adlı kitabı nəşr olunub
12.12.2023 13:52
  • A-
  • A
  • A+

Şərqşünas alimin “Haydar Aliyev ve Türk Dünyası” adlı kitabı nəşr olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Elman Quliyevin Bakıda türk dilində “Haydar Aliyev ve Türk Dünyası” adlı kitabı çapdan çıxıb.

Kitabda Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı fikirləri təhlil edilib. Eyni zamanda Ulu Öndərin ümumtürk mədəniyyəti nümunəsində türk xalqları ədəbiyyatı məsələlərini dəyərləndirməsi təhlil edilib.

Kitabda qeyd olunur ki, Ulu Öndər Heydər Əliyev Atatürk şəxsiyyətini dəyərləndirərkən onu yüksək qiymətləndirib, müasir Türkiyənin tərəqqisini Atatürk ideyalarının təsirləri ilə əlaqələndirib. O, öz çıxışlarında həmişə Atatürkdən öyrənməyi və ondan nümunə götürmək yollarını təbliğ edib. Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin yaranma və inkişafının da Atatürkün fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu xüsusi vurğulayırdı.

Kitabda Ulu Öndərin türk mədəniyyətinə olan diqqət və qayğıları da xüsusi qeyd olunub. Professor Elman Quliyev Ulu Öndərə həsr etdiyi kitabında Heydər Əliyevi türk ədəbiyyatı və mədəniyyətinin hamisi kimi təqdim etməyi bacarıb. Heydər Əliyevin türk folkloru, türk yazılı  ədəbiyyatı və onun nümayəndələri barədə söylədiyi fikirləri diqqət mərkəzində saxlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: