Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

21.12.2023 12:06
  • A-
  • A
  • A+

“Şuşadan Türk dünyasına” adlı kitab işıq üzü görüb

“Şuşadan Türk dünyasına” adlı kitab işıq üzü görüb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini dosent Şəhla Tahirqızı və tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun həmmüəllifi olduqları “Şuşadan Türk dünyasına” adlı kitab dərc olunub.

Ulu Öndər Heydər Əliyevin Şuşa haqqında dəyərli kəlamları ilə başlayan nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin ölkədə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı, Şuşa Bəyannaməsi, tanınmışların Şuşa haqqında fikirləri əks olunub. Kitabda, həmçinin Şuşa şəhərinin təbii-coğrafi mövqeyi, kitabxanaları, məktəb və mədrəsələri, mətbu orqanları, məhəllə və meydanları, hamamları, karvansarayları, xalçaçılıq, yer adları, elm və mədəniyyət xadimləri, tarixi şəxsiyyətləri, Şuşa qalasının məscid və pirləri haqqında müfəssəl məlumat verilir.

Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə hazırlanan kitabın elmi redaktoru MEK-in direktoru, professor Məmməd Əliyevdir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab tarixçilər, araşdırmaçılar üçün də dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: