Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-dən “Yaşıl dünya naminə həmrəylik ili”nə növbəti töhfə
19.08.2024 10:04
  • A-
  • A
  • A+

MEK-dən “Yaşıl dünya naminə həmrəylik ili”nə növbəti töhfə

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanmış “Təbiət bir kitabdır” adlı nəşr işıq üzü görüb.

Ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ərsəyə gələn bu kitabda təbiət və ətraf mühitin mühafizəsinə, eləcə də həyatın başlanğıcı olan su, od, torpaq və s. kimi komponentlərə dair aforizmlər və müdrik fikirlər yer alıb. Ən qədim dövrlərdən günümüzə qədər dünya elm tarixində iz qoymuş filosofların, elm adamlarının, görkəmli şəxsiyyətlərin elmə gətirdiyi müdrik fikir və aforizmləri burada “Təbiət”, “Ekologiya və ətraf mühit”, “Kainat, hava, səma, ay, ulduzlar və bulud”. “Günəş və od”, “Torpaq”, “Su”, “Dəniz, okean və çay”, “Yağış”, “Külək”, “Fəsillər”, “Dağ”, “Meşə”, “Ağaclar”, “Çiçəklər və bitkilər”, “Canlılar aləmi” bölmələri üzrə toplanıb.

Təqdim olunan nəşr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbiət və ekoloji vəziyyət haqqında fikirləri, eləcə də ölkə başçısının 25 dekabr 2024-cü il tarixli müvafiq Sərəncamı ilə başlayır.

495 səhifədən ibarət olan sözügedən kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru dosent Hüseyn Hüseynov, toplayıb tərtib edən MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin rəhbəri Səyyarə Məmmədova, redaktorlar MEK-in İnsan resursları şöbəsinin müdiri Sevinc Əliyeva və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva, korrektoru isə Alidə Həsənovadır.

Onu da qeyd edək ki, Mərkəzi Elmi Kitabxana tərəfindən dünya kitabxanalarında ekologiya və ətraf mühitin qorunması, dayanıqlı inkişafa dəstək istiqamətində həyata keçirilən yaşıl hərəkata qoşulmaq məqsədilə hazırlanan bu nəşri oxucular kitabxananın saytına daxil olaraq onlayn şəklində də oxuya biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: