Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK Prezident İlham Əliyevin doğum günü münasibətilə virtual sərgi təqdim edir
25.12.2023 09:34
  • A-
  • A
  • A+

MEK Prezident İlham Əliyevin doğum günü münasibətilə virtual sərgi təqdim edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən fondlarındakı nəşrlər əsasında virtual sərgi hazırlanıb.

Virtual sərgidə Prezident İlham Əliyevin həyatı, siyasi fəaliyyətini özündə əks etdirən dəyərli nəşrlər yer alıb. Onların sırasında “Azərbaycan: güclü regional mərkəz”, “Şanlı Tarix Qəhrəmanlıq Salnaməsi”, “Zəfərə Aparan Yol”, “Dövlət Quruculuğu”, “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri”, “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri”, “Zəfərə aparan illər”, “Türk dünyasının yeni lideri”, “Xilaskarlar”, “İlham Əliyev: Bizim siyasətimiz bizim işimizdir”, “Yeni dövrə yeni liderlə”, “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu”, “Böyük yolun davamçısı”, “Prezident İlham Əliyev və Mədəniyyət” 2 cilddə, “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)”, “İlham Əliyev bu günün və gələcəyin uğur faktorudur”, “Qarabağ Azərbaycandır! Zəfər Epopeyası”, eləcə də MEK-in 44 günlük II Qarabağ müharibəsinə həsr edilmiş və dövri mətbuat materialları əsasında tərtib olunan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici yer alıb.

Azərbaycan, türk, rus, ingilis dillərində olan nəşrlərdə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən, milli ideyaların gerçəkləşdirilməsindən söhbət açılır. Həmçinin xalqımızı ən böyük arzusuna çatdıran - Şuşanı azad edən, Azərbaycan Bayrağını Xankəndində, Xocalıda qürurla dalğalandıraraq bütün dünyaya ölkəmizin gücünü, haqq və ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uğurundan bəhs olunur.

Qeyd edək ki, virtual ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: