Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski rayonunda yerləşən müasir tipli 707 nömrəli orta məktəbdə AMEA-nın “Elm” nəşriyyatının direktor müavini, tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevin qələmə aldığı “Pis Uşaqlar Planeti” pyesinin motivləri əsasında eyniadlı tamaşa hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Məktəbin Uşaqların əlavə təhsili şöbəsinin müdiri Apreleva Polinadır.
Şagirdlərin ifasında hazırlan tamaşanın başlıca ideyası ibtidai sinif uşaqlarına evdə oyuncaqlarla düzgün davranmağı, onlara sevgi və qayğı ilə yanaşmağı təşviq etmək, eləcə də məktəblilərə dostluq, yoldaşlıq, həmrəylik və dürüstlük kimi yüksək mənəvi-əxlaqi dəyərləri aşılamaqdır.
Qeyd edək ki, sözügedən səhnə əsərinin premyerası aprelin 17-də məktəbin modern infrastrukturlu teatr zalında keçirilib. Tamaşanın uşaq teatr festivallarında da nümayişi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.