Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK-də Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş sərgi keçirilir
02.05.2024 09:56
  • A-
  • A
  • A+

MEK-də Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş sərgi keçirilir

3 May Türk Dünyasının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Sərgidə MEK-in fondlarında Türk dünyası ədəbiyyatının inciləri: “Heydər Əliyev Atatürk haqqında”, “Atatürk və Əhməd Ağaoğlu” (Vilayət Quliyev), “Türkdilli xalqların diasporları”, “Azerbaycan siyasi düşünce tarihi ve Mirza Bala Mehmetzade 1898-1959”, “İstiklal Harbimiz” (Kazım Karabekir), “Türk tarihi üzerinde toplamlar”, “Bozkurtlar”, “Türkçülüyün qurbanları”, “Rusiyadakı türklər”, “Mən kiməm?” (Əhməd Ağaoğlu), “Türkçülüyün əsasları” (Ziya Gökalp), “3 Mayıs Türkçülər Günü”, “Türküstan-Turan: geostrategiya siluetləri” (Туркестан – Туран: силуэты геостратегии. Рустам Жангожа) və digər nəşrlər yer alıb.

Burada, həmçinin milli istiqlal məfkurəsinin memarı Əli bəy Hüseynzadənin 1907-ci ildə yazdığı “Siyasəti-fürusət” başlıqlı oçerkləri sərgilənir. Bundan əlavə, sərgidə Rusiya, Qafqaz və Orta Asiyadakı Türk xalqlarının keçmişi, bugünü, siyasi, sosial, mədəni həyatları haqqında bir sıra araşdırmaların müəllifi, professor Nadir Devletin Türk dünyasının böyük düşüncə adamı olan İsmayıl Qaspıralı haqqında yazdığı “İsmail Bey (Gaspiralı)” kitabı da var.

Sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: