Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

16.05.2024 18:30
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti İsa Həbibbəyli mədəniyyət naziri Adil Kərimli ilə görüşüb

AMEA-nın prezidenti İsa Həbibbəyli mədəniyyət naziri Adil Kərimli ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.

Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyasında təşkil edilən alimlərin rəsm sərgiləri, elmi idrakla bədii düşüncənin qarşılıqlı əlaqələrinə həsr edilmiş  “Fizika və lirika” konfranslarından danışılıb,  AMEA ilə Mədəniyyət Nazirliyinin qarşılıqlı əməkdaşlıq əlaqələri, həyata keçirilən müştərək tədbir və layihələr, qarşıda duran vəzifələr, elektron kitabxana və muzey işinin təşkili və s. istiqamətlərdə geniş müzakirələr aparılıb.

Daha sonra mədəniyyət naziri Adil Kərimli AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün elan edilmiş müsabiqəyə təqdim edilən layihələrlə tanış olub, xatirə şəkli çəkilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimliyə AMEA-da nəşr olunmuş “Azərbaycan muğamı miniatürlərdə” kitabını hədiyyə edib.

Görüşdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Kitabxananın direktoru professor Kərim Tahirov və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri dosent Ağahüseyn Şükürov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: