Rusiyanın Leninqrad vilayətinin Vıborq Uşaq Musiqili Teatrında AMEA-nın “Elm” nəşriyyatının direktor müavini tanınmış uşaq yazıçısı Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında “Pis Uşaqlar Planeti” tamaşası hazırlanır.
Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri Qriqori Loqvinyuk, musiqi tərtibatçısı isə Rusiya Bəstəkarlar İttifaqının üzvü Yekaterina Karpenkodur.
Teatrdan bildirilib ki, məşqləri yekunlaşmaq üzrə olan səhnə əsərinin əsas ideyası balacalara oyuncaqlarla düzgün rəftar etməyi, cansız əşyaları qırmamağı, onlara sevgi və qayğı ilə yanaşmağı təşviq etmək, eləcə də uşaqlara dostluq, yoldaşlıq, həmrəylik və dürüstlük kimi yüksək mənəvi-əxlaqi dəyərləri aşılamaqdır.
Qeyd edək ki, sözügedən tamaşanın premyerası mayın 31-də Vıborq Mədəniyyət Sarayında keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.