Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mən Bakı milyonçusu Tağıyevin qızıyam” kitabı işıq üzü görüb
24.01.2024 12:14
  • A-
  • A
  • A+

“Mən Bakı milyonçusu Tağıyevin qızıyam” kitabı işıq üzü görüb

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının qərarı ilə “Mən Bakı milyonçusu Tağıyevin qızıyam” adlı kitab nəşr olunub.

Kitabın müəllifi muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarovdur.

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Sarayeva-Tağıyevanın həyatına həsr olunmuş nəşrdə muzeyin dəyərli eksponatları (fotoşəkillər, sənədlər) yer alıb və Sara xanımın müxtəlif instansiyalara göndərdiyi məktublar haqqında ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: