Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.01.2024 14:36
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının iclası keçirilib.

Əvvəlcə Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü Elmi şura üzvlərini iclasın gündəliyi ilə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Sonra AMEA Rəyasət Heyətinin 22 yanvar 2024-cü il tarixli yığıncağında təsdiqlənmiş AMEA-nın Şəki REM-nin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında qərarı oxunub.

Tədbirdə Mərkəzin elmi işlər üzrə direktor müavini bio.ü.f.d. Fərhad Əzizov və İnsan resursları şöbəsinin müdiri Ülviyyə Osmanova AMEA Rəyasət Heyətinin Akademiyanın elmi-tədqiqat müəssisələrinin yeni nizamnaməyə uyğun strukturunun təşkili haqqında məlumat veriblər.

Daha sonra Mərkəzin kitabxana müdiri Günel Musayeva Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” sərəncamlarını diqqətə çatdırıb. O, Sərəncamlara müvafiq olaraq AMEA Rəyasət Heyəti qərarlarının icrası ilə əlaqədar 2024-cü ildə Şəki REM-də 14 tədbirin təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.

İclasda Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimovun vəzifəsi Şəki Regional Elmi Mərkəzin Mülki Müdafiə Qərargahının rəisi vəzifəsi ilə əvəz edilib. Həmçinin Ekoloji coğrafiya şöbəsinin böyük elmi işçisi coğ.ü.f.d. Qafqaz Ağabalayev Ekoloji coğrafiya şöbəsinin rəhbəri vəzifəsinə keçirilib. Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbərliyi isə şöbənin elmi işçisi Təranə Abdullayeva həvalə edilib.

Şəki REM-in şöbələr üzrə 2024-cü il üçün elmi-tədqiqat planları haqqında məlumat verən Mərkəzin elmi katibi Vəfa Atayeva qeyd edib ki, bütün şöbələrin 2024-cü il üçün elmi-tədqiqat planları artıq hazırlanıb və katibliyə təqdim edilib.

Bundan başqa, tədbirdə “Oğuz-Qəbələ folkloru” kitabının nəşrə hazırlanması ilə bağlı müzakirələr aparılıb, kitabın yaxın zamanda çap olunması haqqında qərar qəbul edilib.

Daha sonra Mərkəzin elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizova dosent elmi adı verilməsi üçün elmi katib Vəfa Atayeva tərəfindən seçki təşkil edilib, qapalı səsvermədə Fərhad Şirin oğlu Əzizovun lehinə 13 səs toplanıb. İclasda Fərhad Əzizova dosent adının verilməsi ilə bağlı qərar qəbul olunub.

Həmçinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin əməkdaşları - Ələddin Sultanovun elmi işçi vəzifəsindən böyük elmi işçi vəzifəsinə keçirilməsi, Elşən Abdurahmanovun elmi işçi vəzifəsinin təsdiqlənməsi məqsədilə qapalı səsvermə təşkil olunub. Səsvermənin nəticələri nəzərə alınaraq hər iki nəfərin lehinə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: