Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2024 17:45
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər günü ilə bağlı tədbir keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər günü ilə bağlı tədbir keçirilib

AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. Alim Ümummilli Lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edib. Ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyini bildirən professor Ə.Quliyev institut gənclərini Gənclər günü münasibətilə təbrik edib. Alim sağlam düşüncəli, savadlı gənclərə diqqət və qayğının əhəmiyyətini xüsusi vurğulayıb və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tövsiyələrini səsləndirib.

Tədbirdə çıxış edən institunun elmi katibi a.e.ü.f.d. Sultan Hüseynova, Həmkarlar İttifaqı Təşkilatının sədri a.e.d. Məmməd Məmmədov, a.e.ü.f.d. Zaman Məmmədov institut gənclərini təbrik edərək, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıblar. Həmçinin tədbirdə çıxış edən institut gəncləri onlara göstərilən diqqət və qayğıdan bəhs edib, ötən il ərzində səmərəli elmi-ictimai fəaliyyətləri ilə bağlı məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: