Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2024 19:19
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

Neft-Kimya Prosesləri İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə institutun baş direktoru akademik Vaqif Abbasov açıb və NKPİ-nin gənc alim və mütəxəssislərini 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Akademik Vaqif Abbasov çıxışında bildirib ki, savadlı və bacarıqlı nəslin yetişdirilməsi hər bir dövlət üçün önəmlidir və Neft-Kimya Prosesləri İnstitutunun gənc əməkdaşları hər zaman Azərabaycan dövlətinin elmi, icitimai işlərində fəal iştirak edirlər.

Akademik Vaqif Abbasov Gənclər Günü münasibətilə institutun fəal gənclərinin mükafatlandırılmasını təklif edib.

Qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə institutun Elmi şura üzvlərindən ibarət 8 nəfərlik tərkibdə komissiya təsdiq olunub. Belə ki, komissiyanın sədri AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov, üzvləri isə texnika elmləri doktoru, dosent Nizami Mürsəlov, kimya elmləri doktoru, professor Çingiz Rəsulov, texnika elmləri doktoru, professor Leylufər Əliyeva, kimya elmləri doktoru Sürəyya Ağayeva, texnika elmləri doktoru, dosent Səyyarə Əliyeva, kimya üzrə fəlsəfə doktoru Teyyub İsmayılov və kimya elmləri doktoru Gülnarə Əhmədova təyin olunublar.

Səsvermə nəticəsində ən yüksək balları toplamış institutun 6 əməkdaşı – elmi katib  kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva, şöbə müdiri kimya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov, aparıcı elmi işçilər kimya üzrə fəlsəfə doktoru Mehriban Nağıyeva, texnika üzrə fəlsəfə doktoru Günel Bədəlova, elmi işçi Fərqanə Əlizadə və mütəxəssis Tofiq Əliyev institutun elmi və ictimai işlərində fəal iştirak etdiklərinə görə hər birinin 500 manat məbləğində mükafatlandırılması qərara alınıb.

İclasın sonunda institutun baş direktoru akademik Vaqif Abbasov səsvermə nəticəsində yüksək bal toplamış gənc alim və mütəxəssisləri təbrik edib, onlara gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. O, həmçinin gələcəkdə də bu cür müsabiqələrin keçiriləcəyini və gənclərin elmin inkişafında iştirakına daha çox şərait yaradılacağını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: