Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.02.2024 12:34
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda seminar keçirilib

Polimer Materialları İnstitutunda seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Təchizat və xidmət şöbəsinin mühəndisi Vaqif İbrahimov tərəfindən “Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və bədbəxt hadisələrin qarşısının alınması” mövzusunda nəzəri-təcrübi seminar keçirilib.

İnstitut əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təhlükəsizlik texnikası qaydaları, yanğından mühafizə tədbirləri, odsöndürən vasitələrin növləri, onların təsnifatı, tətbiq olunma qaydaları haqqında ümumi məlumat və təlimatlar verilib. Təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə bağlı video-çarxlar nümayiş olunub.

3 gün davam edən seminarda Vaqif İbrahimov müəssisədə yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət olunması, mövcud olan nöqsanların aradan qaldırılması, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müvafiq tövsiyə və göstərişlər verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: