Gördüyünüz kimi, səsvermədə böyük fəallıq var. Xalqımız böyük ruh yüksəkliyi ilə seçki məntəqəsinə gəlir və arzu etdiyi namizədə səs verir. Mən müşahidəçi kimi bu gün Nərimanov və Səbail rayonlarında seçkiləri izləmişəm. Seçki məntəqələrinin qarşısında seçicilərin növbəyə dayandığının şahidi olmuşam.
Bunu AzərTac-a müsahibəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söyləyib.
“Seçici fəallığı ölkəmizdə demokratik cəmiyyətin inkişaf etməsinin göstəricisidir. Sözün əsil mənasında, builki seçkilər Azərbaycanın Zəfər seçkiləridir. Azərbaycanın bütün ərazisində keçirilən ilk seçki kimi də 7 fevral-növbədənkənar prezident seçkiləri tarixi hadisədir. Hesab edirəm ki, 7 fevral seçkiləri həm də ölkəmizdə yeni tarixi dövrün başlanğıcı olacaq”, - deyə AMEA prezidenti bildirib.