Bu gün ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, seçkilərdə xalqımız düzgün seçim edəcək. Azərbaycanın işıqlı gələcəyi üçün çalışmış və çalışan namizədə səs verəcək. Seçki məntəqəsinə böyük ruh yüksəkliyi ilə gəlmişəm.
Bu fikirləri AzərTac-a müsahibəsində akademik Nailə Vəlixanlı söyləyib. O bildirib ki, səs verdiyi 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 14 saylı seçki məntəqəsində vətəndaşların səs verməsi üçün bütün lazımi şərait yaradılıb. Hər kəs azad şəkildə öz iradəsini ifadə edə bilir.
“Mən də öz ürəyimin istəyi, vicdanımın səsi ilə seçimimi etdim və ən layiqlı namizədə səs verdim. Ölkəmiz çox böyük nailiyyətlər əldə edib və edir. İnanıram ki, bu gün də düzgün seçim etməyimiz gələcəkdə daha böyük uğurlara yol açacaq”, - deyə akademik Nailə Vəlixanlı fikrini yekunlaşdırıb.