Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.02.2024 15:58
  • A-
  • A
  • A+

Özbəkistanın Azərbaycandakı səfiri MEK-ə kitab hədiyyə edib

Özbəkistanın Azərbaycandakı səfiri MEK-ə kitab hədiyyə edib

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” mövzusunda elmi konfransda iştirak edən Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov Mərkəzi Elmi Kitabxana (MEK) ilə tanış olub.

Mərkəzi Elmi Kitabxananın direktoru professor Məmməd Əliyev qonağı Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış edib, burada toplanan sənədlər haqqında ətraflı məlumat verib.

Həmçinin qonaq kitabxananın Diplomatik fondunda müxtəlif ölkələrdən MEK-ə hədiyyə olunmuş nəşrlərə,  o cümlədən Özbəkistan guşəsindəki ədəbiyyatlara baxıb.

Sonda səfir Bəhram Əşrəfxanov nəfis tərtib olunmuş “Yeni Özbəkistan” adlı nəşri Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.

Qeyd edək ki, MEK Özbəkistanın Mamun Universiteti, Ürgənc Dövlət Pedaqoji İnstitutu və bir sıra elmi təşkilatları ilə uğurlu əməkdaşlıq həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: