Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Nadir Məmmədli 2024-cü il üçün Həsən bəy Zərdabi mükafatına  layiq görülüb
19.07.2024 10:09
  • A-
  • A
  • A+

Professor Nadir Məmmədli 2024-cü il üçün Həsən bəy Zərdabi mükafatına layiq görülüb

Ölkə mətbuatında, teleradioda, eləcə də elektron mediada çalışan və peşəkarlıqları ilə fərqlənən bir qrup mətbuat işçisi Azərbaycan Jurnalistlər Birliyinin katibliyi tərəfindən 2024-cü il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib. 

Təltif edilənlər arasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli də var.

O, mətbuatda ana dili problemləri ilə bağlı yazı və çıxışlarına görə Həsən bəy Zərdabi mükafatına layiq görülüb.

Qeyd edək ki, Həsən bəy Zərdabi mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri mərhum jurnalist Hacı Hacıyevin təşəbbüsü ilə təsis olunub.

Mükafatın təqdimat mərasimi iyulun 19-da Atatürk Mərkəzində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: