Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Asəf Hacıyev Bolqarıstan Elmlər Akademiyasının dəvətilə elmi ezamiyyətdə olub
17.07.2024 10:55
  • A-
  • A
  • A+

Akademik Asəf Hacıyev Bolqarıstan Elmlər Akademiyasının dəvətilə elmi ezamiyyətdə olub

AR ETN İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi akademik Asəf Hacıyev Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunun dəvəti ilə Sofiya şəhərində elmi ezamiyyətdə olub.

İnstitutun seminarında “Cihazları hərəkətdə olan kütləvi xidmət sistemlərində idarə etmə məsələləri” mövzusunda cıxış edən A.Hacıyev bu sahədə əldə etdiyi son nəticələr və mövcud problemlər barədə seminar iştirakçılarına məlumat verib.

Sonra akademik Asəf Hacıyev ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim, bir neçə önəmli əsərlərin müəllifi, professor Jordan Stoyanov və kompüter statistika sahəsində tanınmış alim, professor Vyaçeslav Valev arasında sözügedən sahələrdə müasir elmi problemlərin həlli istiqamətində müzakirələr aparılıb.

Səfər çərçivəsində Asəf Hacıyev Bolqarıstan Elmlər Akademiyasının prezidenti akademik Yulian Revalski ilə görüşüb. Görüşdə birgə əməkdaşlıq perspektivləri müzakirə olunub, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin təşəbbüsü ilə 2024-cü ildə keçirilmiş Qara Dəniz ölkələrinin Elmlər Akademiyalarının Prezidentlərinin konfransı və 2025-ci ildə planlaşdırılan növbəti iclasın vacibliyi qeyd olunub. J.Revalski akademik A.Hacıyevi 2024-cü ilin oktyabr ayında planlaşdırılan Bolqarıstan Elmlər Akademiyasının 155 illiyinə həsr olunmuş təntənəli toplantısına dəvət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: