Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YAP Yasamal rayon təşkilatı şərqşünas alimi təltif edib
18.07.2024 13:21
  • A-
  • A
  • A+

YAP Yasamal rayon təşkilatı şərqşünas alimi təltif edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun YAP Yasamal Rayon Təşkilatı üzrə ərazi partiya təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova fəal ictimai-siyasi fəaliyyətinə görə mükafatlandırılıb.

YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci ildönümünə həsr olunmuş tədbirdə şərqşünas alim YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tərəfindən Fəxri fərmanla təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: