Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Şəki şəhəri Heydər Əliyev Mərkəzində ziyalılarla görüşüb, onların problem və təkliflərini dinləyib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri coğ.ü.f.d. Qafqaz Ağabalayev də görüşdə iştirak edib. O, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanmış Şəki şəhərində içməli su probleminin həll edilməsi, su qıtlığının aradan qaldırılması, eləcə də tullantıların çeşidlənməsi və səmərəli istifadəsi üçün müasir poliqonun yaradılması istiqamətində təkliflərini təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.