Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.03.2024 12:11
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Gəncədə Xalq şairi Nigar Rəfibəylinin abidəsini ziyarət edib

Akademik İsa Həbibbəyli Gəncədə Xalq şairi Nigar Rəfibəylinin abidəsini ziyarət edib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəylinin Gəncə şəhərindəki abidəsini ziyarət edib.

Akademiya rəhbəri şairin Gəncə şəhərindəki Xan Bağında yerləşən abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini yad edib.

Qeyd edək ki, ziyarət AMEA prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyətinin Akademiyanın Gəncə Bölməsində keçirilən görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslının 115 illiyinə həsr olunmuş elmi konfransda iştirakı məqsədilə Gəncə şəhərinə səfəri zamanı baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: