Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.04.2024 10:18
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu Odlar Yurdu Universiteti ilə birgə ağacəkmə aksiyası keçirib

Dendrologiya İnstitutu Odlar Yurdu Universiteti ilə birgə ağacəkmə aksiyası keçirib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Saray Təcrübə sahəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə Odlar Yurdu Universitetinin tələbələri ilə bərabər institut əməkdaşları - Biologiya və ekologiya kafedrasının müdir müavini a.e.ü.f.d., dos. Tamilla Kərimova, Təbiət və texnologiya fakültəsinin dosenti Sevinc Məhərrəmova iştirak ediblər.

Əvvəlcə Dendrologiya İnstitutunun baş direktou v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova Saray Təcrübə sahəsində əkilən bitkilərdən, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq, gənclərdə ekoloji şüurun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Daha sonra əraziyə həmişəyaşıl ağaclar əkiblər. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki,  Dendrologiya İnstitutu müxtəlif ərazilərdə qlobal iqlim dəyişiklikləri, su qıtlığı təhlükəsi ilə əlaqədar quraqlığa davamlı və yerli iqlimə uyğun dekorativ çoxillik ağac-kol bitkilərinin əkilməsi işlərini həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: