Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.04.2024 09:20
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyinin nəşrləri Darüşşafaka Kitabxanasının fonduna daxil ediləcək

Hüseyn Cavidin Ev Muzeyinin nəşrləri Darüşşafaka Kitabxanasının fonduna daxil ediləcək

İstanbul Fatih Bələdiyyəsi Kitabxanaları tərəfindən cəmiyyətin hər təbəqəsinə xitabən - yaşlı, gənc və uşaqlara yönələn “Mədəniyyət, sənət və həyat” (Kültür sanat yaşam) adlı konqres-festivalı təşkil olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin aparıcı elmi işçiləri filologiya elmləri doktoru dosent Əzizağa Nəcəfzadə və filologiya üzrə fəlsəfə doktoru dosent Aynur Nəcəfova da həmin konqres-festivalda iştirak edib, İstanbul Fatih Bələdiyyəsi Kadırğa Kitabxanasında mədəniyyət işçiləri və oxucularla keçirilən görüşdə iştirak ediblər. İnstitut əməkdaşları böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərinin və Hüseyn Cavidin Ev Muzeyinin nəşrlərinin Fatih Bələdiyyəsi Kitabxanaları kataloqunda necə əksini tapdığı, hansı əsərlərinin kitabxana fondlarında mövcud olduğu, oxucuların həmin əsərlərdən istifadə edilmə intensivliyi barədə məlumat əldə edib, muzeyin son nəşrləri barədə ətraflı məlumat verərək şairin əsərlərini Fatih Bələdiyyəsi Mərkəz Kitabxanasına hədiyyə ediblər.

Qeyd edək ki, hədiyyə edilən Hüseyn Cavidin Ev Muzeyi tərəfindən nəşr edilmiş bu kitablar İstanbulda yeni yaradılan və yaxın zamanlarda istifadəyə veriləcək Darüşşafaka Kitabxanasının fonduna daxil ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: