Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda çap edilib
30.04.2024 10:12
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda çap edilib

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri i.ü.f.d. Aygün Əliyevanın həmmüəllifi olduğu “Current trends in digital transformation and their impact on the national economy” (Rəqəmsal transformasiyada mövcud tendensiyalar və onların milli iqtisadiyyata təsiri) adlı məqalə Scopus bazasına daxil olan Scientific Bulletin of Mukachevo State University Series Economics jurnalında dərc olunub.

Sözügedən məqalə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın tənzimlənməsinin əsas istiqamətlərinə həsr edilmişdir. Müasir reallıqlarda rəqəmsal transformasiya ölkənin iqtisadi inkişafında çox mühüm rol oynayır. Bu həm elmi-texniki tərəqqinin yüksək tempi, həm də iqtisadi münasibətlər daxilində ümumilik, istehlakçıların üstünlükləri ilə bağlıdır. Beləliklə, rəqəmsallaşmanın beynəlxalq və milli iqtisadiyyatın rifahına təsirinin qiymətləndirilməsi vacib olaraq qalır. Tədqiqat rəqəmsal transformasiya prinsiplərinin fəal şəkildə həyata keçirildiyi ölkələrdən biri olan Azərbaycanın mövcud vəziyyətini araşdırır. Məqalədə dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda rəqəmsal transformasiya tempinin sürətlənməsinin əsas səbəbinin COVID-19 böhranının başlanğıcı olması kimi qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: