Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı İspaniyanın San Sebastyan şəhərində yerləşən Donostia Beynəlxalq Fizika Mərkəzində elmi ezamiyyətdə olub.
Ezamiyyə dövründə o, həmin mərkəzin aparıcı mütəxəssisi prof. Evqeniy Çulkovla birgə tədqiqatlarının nəticələrini və gələcək elmi əməkdaşlıq məsələlərini müzakirə edib.
Həmçinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda alınmış bir sıra yeni topoloji izolyator xassəli materialların nümunələrini fiziki tədqiqatlar üçün mərkəzə təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.