Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.01.2025 13:22
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunda 20 Yanvar şəhidləri anılıblar

Arxeologiya və Antropologiya İnstitutunda 20 Yanvar şəhidləri anılıblar

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə iştirak edən institut əməkdaşları dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev bildirib ki, 35 il öncə, 1990-cı ilin yanvarında Azərbaycan xalqı işğalçı sovet ordusunun qarşısına əliyalın çıxaraq öz milli iradəsini, azadlıq və müstəqillik uğrunda birliyini bütün dünyaya nümayiş etdirib. Bu tarixi hadisə Azərbaycanın mübarizə ruhunun, xalqın öz haqlarını qorumaq üçün göstərdiyi cəsarətin bariz nümunəsinə çevrilib. Həmin dövrdə Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın hüquqlarını müdafiə etmək üçün böyük təhlükələrə rəğmən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada keçirdiyi mətbuat konfransı vasitəsilə Qorbaçov rejiminin törətdiyi bəşəri cinayəti sərt şəkildə qınayıb və bu qanlı hadisəyə qarşı öz etirazını açıq şəkildə ifadə edib. Bu addım xalqımızın haqq səsinin beynəlxalq arenada eşidilməsi üçün mühüm bir hadisə olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: