Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.05.2024 10:51
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistranturasının məzunu Oksford Universitetində doktorluq dissertasiyasını böyük uğurla müdafiə edib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistranturasının məzunu Oksford Universitetində doktorluq dissertasiyasını böyük uğurla müdafiə edib

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Molekulyar biologiya” ixtisası üzrə 2018-ci il məzunu, kiçik elmi işçi Gülnar Abdullayeva Oksford Universitetində Onkologiya ixtisası üzrə doktorantura təhsilini başa vurub. May ayının 8-də Oksford Universitetində təşkil olunmuş komissiyada Gülnar Abdullayevanın fəlsəfə doktoru dissertasiyasının müdafiəsi böyük uğurla keçirilib.

Qeyd etmək lazımdır ki, Gülnar Abdullayeva 2019-2023-cü illərdə Oksford Universitetinin doktoranturasında təhsil alıb və universitetin Onkologiya Departamentində nüfuzlu alim professor Valter Bodmerin laboratoriyasında tədqiqatlar aparıb. O, kolorektal xərçəngdə (CRC) hüceyrə diferensiasiyasının mexanizmlərini araşdırıb. G.Abdullayevanın apardığı tədqiqatların əsas məqsədi hüceyrə differensiasiyasına səbəb olan yeni potensial amilləri müəyyən etmək və hansı ilkin qüsurların - mutasiyaların və ya metilləşmənin CRC-də hüceyrə differensiasiyasına təsirini araşdırıb və yeni müalicə üsulu aşkar olunub. Gənc alimin tədqiqatları xərçəngin müəyyən növlərinin müalicəsinə kömək edəcəkdir.

Eyni zamanda qürurvericidir ki, Gülnar Abdullayeva 2024-cü ildə Elm sahəsi üzrə gənclər üçün Prezident mükafatına layiq görülüb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: