Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclasında bir sıra laboratoriya və şöbələrin cari il üzrə hesabatları dinlənilib.
Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.
İclasda Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyası, İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyası, Beynəlxalq əlaqələr və innovasiya şöbəsi, Tətbiqi ehtimal-statistik metodlar laboratoriyası və İctimaiyyətlə əlaqələr şöbəsinin 2024-cü il üzrə hesabatları dinlənilib.
Sonda hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.