Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.06.2025 14:20
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda elmi seminar keçirilib

Geologiya və Geofizika İnstitutunda elmi seminar keçirilib

ETN Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti elmi seminarı “Əlicançay hövzəsində yerüstü və yeraltı suların qarşılıqlı əlaqəsi” mövzusuna həsr olunub.

Tədbirdə institutun baş direktoru akademik Akif Əlizadə, gənc alimlər və digər mütəxəssislər iştirak ediblər.

GGİ Hidrogeologiya və geoekologiya şöbəsinin böyük laborantı Ələkbərli Səfərbəy “Əlicançay hövzəsində yerüstü və yeraltı suların qarşılıqlı əlaqəsi” mövzusunda təqdimat reallaşdırıb. O, tədqiqat sahəsində yerləşən yerüstü və yeraltı suların qarşılıqlı əlaqəsini, Əlincəçay hövzəsində mövcud olan monitorinq məntəqələrindən götürülən su nümunələrinin analiz nəticələrini, çayın orta illik su sərfini, ərazidə qurulması nəzərdə tutulmuş su anbarının tam həcmi haqqında məlumatı, Əlicançayın illik axımında yeraltı suların payınının faiz göstəriciləri, yaşayış məntəqələrinə yaxın və yaşayış məntəqələrindən uzaq məsafədə yerləşən monitorinq məntəqələrindən götürülən su nümunələrinin nümunəsi və bu mövzunun aktuallığı haqqında geniş məlumat təqdim edib.

Tədbirin sonunda mövzu ətrafında çıxışlar olub iştirakçıların sualları cavablandırılıb. Akademik Akif Əlizadə bildirib ki, Azərbaycanın geoloji sərvətlərinin öyrənilməsi istiqamətində bu cür seminarlar elmi biliklərin dərinləşdirilməsi və gənc mütəxəssislərin yetişdirilməsi üçün önəm kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: