Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.05.2024 12:00
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı Ankarada Ermənistan-İran kiberəməkdaşlığından məruzə edib

Şərqşünaslıq İnstitutunun əməkdaşı Ankarada Ermənistan-İran kiberəməkdaşlığından məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin kiçik elmi işçisi Aytən Rəhimova mayın 8-9-da Türkiyənin Ankara şəhərində Jandarma və Sahil Güvənlik Akademiyasının keçirdiyi Beynəlxalq Təhlükəsizlik Simpoziumuna "Ermənistan-İran kiber işbirliyi" adlı məruzə ilə qatılaraq, "İranın kiber gücü" haqqında geniş çıxış edib.

Məruzədə İranın kiber diplomatiya siyasəti və kiber hücumlardan qorunması, eyni zamanda proksi qüvvələr vasitəsi ilə kiber hücumların həyata keçirilməsi barədə geniş məlumat verilib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: