Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2024 16:40
  • A-
  • A
  • A+

Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AMEA-nın Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru akademik Muxtar İmanov açıb. Akademik müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyət dönəmlərində misilsiz xidmətlərindən söz açıb, xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni irsinə böyük diqqət və qayğı göstərən Ümummilli Liderin Azərbaycan dilinin dövlət dili olaraq təsdiqlənməsi qərarını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev azərbaycançılığı milli dövlətimizin əsas ideologiyası elan edib.

Sonra institutun Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı çıxış edərək, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, tariximizə, ədəbiyyatımıza hər zaman çox böyük həssaslıqla yanaşdığını, elm, təhsil və mədəniyyətin inkişafına dəstək olduğunu vurğulayıb. Professor Azərbaycanın vətənpərvər ziyalısı, Xalq şairi Bəxtiyar Vahabzadənin sovet repressiyasından qorunması istiqamətində Heydər Əliyevin atdığı mühüm addımlardan danışıb.

Mərasim folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil çıxışında bildirib ki, Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafeyini daim önə çəkib və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Ulu Öndər Azərbaycan xalq yaradıcılığının, folklor nümunələrinin toplanılması, öyrənilməsi, nəşri, tanıdılması, qorunması və təbliği sahəsində əvəzsiz xidmətlər göstərib.

Daha sonra Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadov çıxış edərək, Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusu kimi fəaliyyətindən, milli kadrların yetişməsində, milli düşüncənin formalaşmasında göstərdiyi müstəsna  xidmətlərdən bəhs edib.

Sonda institutun Folklor studiyasının Ümummilli Liderin həyat və fəaliyyəti haqqında hazırladığı videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: