Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.04.2025 13:07
  • A-
  • A
  • A+

“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib

“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib
“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib
“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib
“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib
“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib
“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib
“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib
“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib
“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib
“Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib

Aprelin 9-da AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Elm Gününə həsr olunmuş “Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövsuzunda tədbir keçirilib.

Akademiyanın Əsas binasında baş tutan tədbiri giriş nitqi ilə institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açıb. O, ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə hər il 27 mart tarixinin “Elm Günü” kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Elm Gününün təsis edilməsi, elmi fəaliyyət sahəsində çalışan alim və mütəxəssislərin əməyinin qiymətləndirilməsi, elmin təbliği və təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bu il həm də Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ilinin tamam olduğunu deyərək, dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamını xatırladıb. O, bu mühüm dövlət sənədinin Azərbaycan dövlətinin inkişafına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də 80 ildə şərəfli tarixi yol keçmiş Akademiyanın bu gününə və gələcək inkişafına olan ali dəyərin ifadəsi olduğunu vurğulayıb. Direktor Elm Günü münasibətilə institut əməkdaşlarını təbrik edib, kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.

Daha sonra o, Azərbaycan sənətşünaslığında türkoloji tədqiqatların banisi, institutun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Rəna Məmmədovaya 75 illik yubileyi və çoxillik səmərəli fəaliyyəti münasibətilə institutun Fəxri fərmanını təqdim edib.

Tədbirdə “Sənətşünaslıq sahəsində türkoloji tədqiqatlar” adlı məruzəsini təqdim edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə ölkə başçısının Türk dünyası ilə əlaqələrə böyük önəm verdiyini və bu istiqamətdə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi qarşıya qoyduğunu söyləyib. O, Prezident İlham Əliyevin Milli Məclisdə and içərkən Türk dünyasının bütövləşməsinə xidmət edən vacib mesajlar verdiyini, “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - sözlərini dediyini xatırladıb. Alim indiki tarixi mərhələnin Türk dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarının daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən irəli gələrək AMEA-nın Türk dünyasının elm mərkəzləri və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini söyləyən Ərtegin Salamzadə Akademiyanın elmi müəssisə və təşkilatlarında türk xalqlarının dilini, tarixini, ədəbiyyatını, folklorunu, fəlsəfi fikir tarixini öyrənən şöbələrin fəaliyyət göstərdiyini bildirib. Direktor Memarlıq və İncəsənət İnstitutunda da Türk sənət tarixi və mədəni irsi adlı yeni şöbənin yaradıldığını diqqətə çatdırıb.

AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə vurğulayıb ki, Türkdilli dövlətlər arasında çoxəsrlik qarşılıqlı əlaqələr, bədii üslub oxşarlığı, həmçinin müasir dövr elmi və mədəni münasibətləri genişmiqyaslı sənət əsərlərinin, memarlıq nümunələrinin, tarixi-nəzəri materialların meydana çıxmasına səbəb olub. O, rəhbərlik etdiyi institutda türk sənəti və mədəniyyətinin tədqiqi istiqamətində aparılan tədqiqatlardan, tarixi-nəzəri materialların sistemli şəkildə araşdırılması və təsnifatının aparılması, eyni zamanda sənət tarixinin dövrləşdirilməsi problemlərinin nəzəri və metodoloji əsaslarının hazırlanması  istiqamətində görülən işlərdən bəhs edib.

Məruzəçi, həmçinin AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 2003-cü ildə nəşr olunmuş “Musiqi türkologiyası”, professor Siyavuş Dadaşovun 2006-cı ildə İstanbulda çapdan çıxmış “Türk miniatürünün formal təsviri dili nəzəriyyəsi”, eləcə də tarix elmləri doktoru Həsən Həsənovun 2014-cü ildə rus dilində nəşr edilmiş “Qız qalası” kitablarının elmi əhəmiyyətindən bəhs edib. Bildirib ki, “Musiqi türkologiyası” kitabını yazmaqla professor Rəna Məmmədova uzun illərin araşdırmaları sayəsində elmin metodoloji əsaslarını, “müqayisəli sənətşünaslıq” məktəbini, “musiqi türkologiyası” konsepsiyasını yaradıb. Bu əsər musiqi irsimizin daha dərindən öyrənilməsi baxımından dəyərli elmi mənbədir.

İnstitut direktoru əlavə edib ki, “Türk miniatürünün formal təsviri dili nəzəriyyəsi” adlı kitabda isə müəllif Şərq miniatür sənətinin Qərb miniatür sənətindən fərqli cəhətlərini açıqlayıb. Professor Siyavuş Dadaşov belə qənaətə gəlib ki, Türk miniatür sənətinin vizual sistem kimi özünəməxsus xüsusiyyətləri vardır və bu, Qərb vizual sisteminin tamamilə əksidir.

Ərtegin Salamzadə tarixçi alim Həsən Həsənovun “Qız qalası”  kitabının əhatə etdiyi tədqiqatlar barədə də məlumat verərək bildirib ki, nəşrdə Qız qalasının tarixi tamamilə yeni bir baxışda araşdırılıb, Qız qalasının hansı xalq tərəfindən tikildiyini, həmin xalqın hansı dilə və dinə mənsub olduğu açıqlanıb. Kitabda müəllif Qız qalasının eramızdan əvvəl VIII əsrdə tikildiyini bildirib, belə qənaətə gəlməyə arxeoloji cəhətdən əsasların olduğunu qeyd edib.

Tədbirdə institutun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Rəna Məmmədova “Musiqi türkologiyası Azərbaycan humanitar elmi kontekstində, elmi katib v.i.e., sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Müasir pul vahidlərində Türk damğa, işarə və simvolları” və Türk sənət tarixi və mədəni irsi şöbəsinin elmi işçisi Ellada Abbasova “Azərbaycan və tatar rəssamlarının əsərlərində xalq bayramları” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: