Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.05.2024 10:18
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda tələbələrin iştirakı ilə konfrans keçirilib

Tarix və Etnologiya İnstitutunda tələbələrin iştirakı ilə konfrans keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “İkinci Dünya müharibəsində Azərbaycanın iştirakı tarixçi tələbələrin gözü ilə” adlı elmi konfrans keçirilib.

Tədbiri açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev konfransın mahiyyətindən və məqsədindən danışıb. Bildirib ki, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı, müharibə illərində ölkəmizdəki ictimai-siyasi, iqtisadi vəziyyət, mədəni-maarif, milli-mənəvi vəziyyət, xalqın müharibəyə münasibəti, Azərbaycanın müharibəndəki roluna düzgün tarixi qiymətin verilməməsi və s. məsələlər daim diqqət mərkəzindədir.

Müasir dövrdə Azərbaycan tarixçilərinin qarşısında duran elmi vəzifələrdən biri kimi xalqımızın İkinci dünya müharibəsində iştirakının geniş şəkildə tədqiq edilməsinin olduğunu deyən direktor müavini bəşəriyyətin üzləşdiyi fəlakətə qarşı mübarizədə Azərbaycanın rolun düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru İkram Ağasiyev “İkinci dünya müharibəsi və müasir dünya” adlı məruzə ilə çıxış edib, XX əsrdə bəşəriyyətin üzləşdiyi dünya müharibələrinin, o cümlədən İkinci dünya müharibəsinin tarix elmi müstəvisində düzgün qiymətləndirilməsinin aktuallığına toxunub, xüsusilə gənc tarixçilərin həmin faciələrə obyektiv qiymət verməsinin vacibliyinə diqqəti çəkib.

Tədbirdə tələbələr Mustafayeva Aygün Fazil qızı “Azərbaycan faşist Almaniyasının planlarında”, İbrahimova Maya Naməddin qızı “Azərbaycanın milli diviziyaları İkinci dünya müharibəsi illərində”, Həsənzadə Ülviyyə Vüqar qızı “Azərbaycan qadını ikinci dünya müharibəsi illərində”, Aslanova Lalə İlqar qızı “İkinci dünya müharibəsi illərində azərbaycanlıların partizan hərəkatında iştirakı”, Mikayıllı Vəfa Muxtar qızı “Azərbaycanlıların Avropada antifaşist hərəkatında iştirakı”, Əliyeva Səyyarə Əlbəndə qızı “Azərbaycan milli legionları İkinci dünya müharibəsi illərində”, Dəmirova Sima Müşfiq qızı “İkinci dünya müharibəsi illərində SSR-nin qələbsində Bakı neftinin rolu”, Xəlilova Əlvan Natiq qızı “Azərbaycan kəndi İkinci dünya müharibəsi illərində”, Tağıyeva Nəzrin İmran qızı “İkinci dünya müharibəsi illərində Azərbaycan generalları”, Quliyeva Ləman Əbəlfəz qızı “Azərbaycan Sovet İttifaqı qəhrəmanları” adlı məruzələrlə çıxış ediblər. Sonda maraqlı müzakirələr aparılıb, gəlinən ən mühüm qənaət bu olub ki, siyasətçilər, dövlət xadimləri, tarixçilərlə yanaşı, gənc nəsillər tarixi dərindən öyrənməlidir, obyektiv qiymətləndirməlidir, bu keçmişin dərslərindən düzgün nətəcə çıxarmağa, gələcəkdə faciələrdən qorunmağa imkan verə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: